Xəbərlər » Yeni KIA Sportage gəlir

Kia Motors tam yeni Sportage modelinin dünya premyerasını keçirəcək. “KİA Motors Azərbaycan” şirkətindən verilən məlumata görə, avtomobil ilk dəfə sentyabrın 15-də Frankfurt Beynəlxalq Avtomobil Sərgisində nümayiş olunacaq. 2016-cı il model “KIA Sportage”in Azərbaycanda satışına isə dekabr ayında başlanacaq. Avtomobil haqqında detallı məlumat verilməsə də, dördüncü nəsil “KIA Sportage”in mütərəqqi dizayn sayəsində tamamilə yeniləndiyi deyilir. Kompakt SUV avtomobilinin dinamik görünüşü var. İnteryerdə tam yeni Sportage sadə və eleqant görkəmin yüksək keyfiyyət ilə vəhdətini təklif edir. Daxili məkanı ən xırda incəliklərədək düşünülmüş, yüksək keyfiyyətli kompakt krossover interyeri adlandırmaq olar.

 

 

/ fins.az /

 

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat