Xəbərlər » “Kia” avtomobillərinin satışı azalıb

“Kia Motors” şirkəti dünya bazarında avtomobillərinin satışı barədə məlumatları açəıqlayıb. “KİA

Motors” şirkətindən fins.az-a verilən məlumata görə, iyul ayı üzrə dünyada 230 227 ədəd «KİA» avtomobili satılıb. Bu ötən ili iyul ayına nisbətən 4% azdır. Bəzi ölkələrdə şirkətin satışları artsa da, bəzilərində azalıb. Belə ki, Cənubi Koreya bazarında şirkətin satışları 13,9%, Şimali Amerikada isə 5,8% yüksəlib. Əvəzində, Avropada, Çində və digər bazardarla satışlar azalıb. 2015-ci ilin ilk yeddi ayında isə “Kia Motors”un 1 667 575 avtomobil satıb. Bu ötən ilin ilk 7 ayına nisbətən 0,9% azdır.

Ən çox bu modellər satılıb

İyul ayında “Kia”-nın dünya üzrə ən çox satılan modeli “Rio” modeli olub (38 500) olub. SUV seqmentinə aid olan kompakt “Sportage” modeli 28 993 ədəd satılmaqla ikinci olub. Ötən ay 22 691 «Cerato», 20 325 ədəd «Optima» sedanı və 18 760 ədəd «Soul» şəhər krossoveri satılıb.

Kia artıq Meksikada da satılır

Ötən aydan etibarən KIA avtomobillərinin satışına Meksikada start verilib. Pərakəndə satış şəbəkəsində 21 diller mərkəzi vasitəsi ilə iyul ayında 1499 avtomobil satılıb. “Urban Science” adlı avtomobil sektoru üzrə analitik şirkətin hesablarına əsasən, iyul ayında qeydə alınan bu satış göstəricisi ölkədəki digər avtomobil istehsalçılarının fəaliyyətlərinin ilk ayında həyata keçirdikləri satışlardan iki dəfədən çoxdur. 2015-ci ilin sonuna qədər “Kia Motors” Meksikada daha 25 diller mərkəzi açaraq, ümumi diller sayını 46 ya çatdırmağı planlaşdırır.

/ Fins.az /

 

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat