Xəbərlər » Xaricdən gətirmək üçün ən sərfəli avtomobil

Azərbaycana xaricdən gətirilən avtomobillər arasında ən sərfəlisi elektrik avtomobilləridir. Beləki, elektriklə işləyən maşınları idxalı zamanı gömrük rüsumları adi avtomobillərdən xeyli ucuz olur. Qeyd edək ki, hazırda Azərbaycanda elektriklə işləyən avtomobillərin sayı artmaqdadır. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, belə avtomobillərin idxalı zamanı gösrük rüsumları adi avtomobillərdən fərqli qaydada hessablanır.

Belə ki, adi avtomobilləri ölkəyə gətirəndə 18% ƏDV, mühərrikin işçi həcminə görə gömrk rüsumu, eləcə də, yenə də mühərrikin həcminə görə hesablanan aksiz vergisi tutulur.

Elektriklə işləyən avtombillərdə isə daxili yanma mühərriki yoxdur və maşın elektrik mühərriki ilə işləyir. Ona görə də, adi avtomobillərdə tutulan vergilərin bəziləri elektromobillərə tətbiq olunmur.

Belə ki, bu zaman mühərrikin həcminə görə gömrük rüsumu və aksiz vergisi hesablanmır. Əvəzində ƏDV tutulur. DGK-dən verilən məlumata görə, elektriklə işləyən avtomobilləri ölkəyə gətirən zaman vergi və rüsumlar onların gömrük dəyərindən 15-18% arasında hesablanır. Amma bunun üçün avtomobilin qiymətini təsliqləyən orijinal faktura olmalıdır, əgər avtomobili gətirən hüquqi şəxsdirsə, avtomobilin alqı-satqısı barədə müqaviləni də təqdim etməlidir. Müqavilədə avtomobilin alış qiyməti əksini tapmalıdır. 

Elektromobillərin adxalı zamanı tutulan gömrük rüsumlarının adi avtomobillərdən nə qədər fərqləndiyini misalla göstərək.

Almaniyadan mühərrikinin həcmi 2,5 litr, gömrük dəyəri isə 12 min dollar olan avtomobilin idxalı üçün gömrük vergi və rüsumları təqriğən 6 min manat təşkil edirsə, qiyməti 12 min dollar olan elektromobil üçün vergi və rüsumları maksimum 2300 manat olacaq. Avtomobillərin gömrük dəyərindən və mühərrikingücündən asılı olaraq rüsumların məbləğindəki fərq də artacaq.

Vergi və rüsumlar

Adi avtomobil

Elektromobil

Aksiz vergisi

1150 AZN

0 AZN

Mühərrikin işçi həcminə qörə tutulan gömrük rüsumu

1836.275 AZN

0 AZN

Əməliyyat haqqı

100 AZN

100 AZN

Vəsiqə haqqı

20 AZN

20 AZN

ƏDV

2 825,62 AZN

2160 AZN

Cəmi

5 931,89 AZN

2280 AZN

 

/ Fins.az /

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat