Xəbərlər » AvtoVaz-ın bu modeli 7800 manatdan satılacaq

AvtoVaz-ın prezidenti Bu Anderson sentyabrın 25-də Rusiyanın İjevsk şəhərində Lada Vesta sedanın istehsalının başlanması mərasimində yeni modelin baza versiyasının ilkin qiymət diapazonunu açıqlayıb. Fins.az "Marja"ya istinanədən xəbər verir ki, zavodun rəhbəri qeyd edib ki, Vesta ilkin komplektasiyada 495 mindən 600 minədək rubl diapazonunda (7800-9500 manat) qiymətə satılacaq. O bildirib ki, şirkət ilin sonunadək 5000 Lada Vesta buraxacaq.

Bildirilib ki, bu günlərdə Rusiyada Vesta modelinin satışlarına başlanılacaqdır.

Yeni modelin  baza komplektasiyasında hərəkət sabitliyinə nəzarət sistemi, ABC, sürücü təhlükəsizlik yastığı və təcili qəza xəbərdarlıq sistemi yer alır. Satışların başlanğıcında Vesta 106 a.g. olan 16 klapanlı VAZ-21129 mühərriki ilə təchiz ediləcək.

Rusiyanın “AvtoVaz” ASC-nin Azərbaycanda rəsmi distribyutoru “Xəzər Lada” ASC-nin Prezidenti Fəxrəddin Qasımzadə bildirmişdi ki, Lada Vesta modelinin Azərbaycanda satışlarına 2016-cı ilin əvvəlindən başlanılacaqdır.

 

/ Fins.az /

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat