Xəbərlər » “Tesla”nın yeni krossoverinin qiyməti açıqlanıb - Foto+Video

“Tesla” elektromobil şirkəti Kaliforniya avtomobil sərgisində ən yeni avtomobilini “Model X” krossoverini təqdim edib. Fins.az-ın məlumatına görə, model ilk dəfə 2012-ci ildə təqdim edilib. Onun 2013-cü ildə satışa çıxarılacağı açıqlansa da, bu tarix bir neçə dəfə təxirə salınıb. Lakin indi “Model X”ı ilk sifariş edənlər onu 2016-cı ilin fevral ayından sonra əldə edə biləcəklər.

Bir doldurma ilə 400 km. gedir

Texniki göstəricilərinə gəldikdə isə “Model X” 772 at gücündə 2 elektrik mühərriklə təhciz edilib. Avtomobil 0-100 km sürətini 3,2-3,8 saniyə arasında yığır.Elektromobil bir dəfə enerji yığmaqla maksimal sürət 250 km/saat olmaqla 400 kilometr məsafə qət edir.

Qiymətlər 80 min manatdan başlayacaq

Avropada əsasən Hollandiyadakı zavodda istehsal olunacaq “Model X”ın qiyməti 80 min dollardan başlayacaq. Xatırladaq ki, «Tesla» avtomobilləri Bakıda da satılır. Yerli ofisdən verilən məlumata görə, hələlik yeni avtomobilin Bakıda nə vaxt satılacağı məlum deyil.

 

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat