Xəbərlər » Rayon maşınlarına qadağa qoyanları məhkəməyə verir

Afət Yaqubova

Sumqayıt sakini, xırda biznes sahibi Afət Yaqubovaölkə regionlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyətlərlə bağlı məhkəməyə üz tutmaq fikrindədir.

O, AzadlıqRadiosuna müsahibəsində bu məhdudiyyətin gətirdiyi narahatlıqlar və problemlərlə bağlı danışıb:

- Əvvəlcə onu deyim ki, 99 nömrəsi ilə başlayan avtomobillərin paytaxta girişi ilə bağlı hər hansı rəsmi xəbərdarlıq verilməmişdi. Ofisim Bakıda yerləşir. Sumqayıtdan çıxıb Xırdalana çatanda maşını saxladılar. Harada qeydiyyatdan keçdiyini yoxladılar, Sumqayıt qeydiyyatı olduğu üçün buraxmadılar. Məcbur olub geri qayıtdım. Bir neçə gündür ki, evdə oturmağa məcbur olmuşam.

 

/ Azadliq.org /

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat